...

Saakaşvili Gürcüstanda avtomobil və dəmir yollarını dərhal bərpa etməyə çağırıb

Siyasət Materials 23 Avqust 2008 13:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Mixail Saakaşvili ölkədə avtomobil və dəmir yolu əlaqələrinin dərhal bərpa edilməsini tələb edib. Gürcüstan Təhlükəsizlik Şurasının dünən keçirilən iclasında o, bildirib ki, "İqtisadiyyatımızın arteriyası olan avtomobil və dəmir yolları üzrə hərəkətin təcili bərpası bizim üçün çox mühümdür".

"Son həftələrdə aparılan işğal nəticəsində daşınması dayandırılan yüklər toplanıb. İndi artıq hər şeyi qaydasına salmağın vaxtıdır - gömrük xidməti səfərbər edilib və fəaliyyətini davam etdirməyə hazırdır", -deyə Saakaşvili bildirib.

Lakin,o qeyd edib ki, bunun üçün, ilk növbədə, rus qoşunlarının yerləşdiyi şəhərlər, onlara yaxın ərazi və avtomobil yolları minalardan təmizlənməlidir.

Xəbər lenti

Xəbər lenti