...

Azərbaycanın dövlət başçısı Qırğızıstan prezidentinə başsağlığı verib

Siyasət Materials 25 Avqust 2008 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust / Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Bişkek yaxınlığında aviasiya qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Qırğızıstan Respublikasının Prezidenti Kurmanbek Bakiyevə başsağlığı verib.

Prezident həlak olanların doğmalarına və yaxınlarına, bütün Qırğızıstan xalqına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

Xəbər lenti

Xəbər lenti