...

Gürcüstan XİN Rusiya səfirinə xüsusi bəyanatın mətnini təqdim edib

Siyasət Materials 27 Avqust 2008 14:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Vyaçeslav Kovalenkoya xüsusi bəyanatın mətnini təqdim edib. Rusiya səfirini xarici işlər nazirinin müavini Qriqol Vaşadze qəbul edib.

Vaşadze Rusiyadan hərbi təcavüzün dayandırılmasını və Tsxinvali regionunda və ona bitişik ərazilərdə etnik təmizləmənin qarşısının alınmasını qətiyyətlə tələb edib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti