...

Qara dəniz regionunda dondurulmuş münaqişələr regional təhlükəsizliyə mənfi təsir göstərir – Azərbaycanın XİN rəhbəri

Siyasət Materials 28 Avqust 2008 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir L.Əbdüləzimova/ Qara dəniz regionunda dondurulmuş münaqişələr regional təhlükəsizliyə və enerji dəhlizlərinin təhlükəsizliyinə mənfi təsir göstərir. Bu barədə cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixay Rezvanı qəbul edərkən bildirib.

Tərəflər Azərbaycan və Rumıniyanın müxtəlif məsələlər üzrə eyni platformadan çıxış etməsini yüksək qiymətləndirib. Azərbaycanın XİN rəhbəri Rumıniyanı ölkənin strateji tərəfdaşı adlandırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti