...

ATƏT Rusiyanın hərəkətini pisləyir və Gürcüstanın ərazi bütövlüyünü tanıyır

Siyasət Materials 3 Sentyabr 2008 14:01 (UTC +04:00)
ATƏT Rusiyanın hərəkətini pisləyir və Gürcüstanın ərazi bütövlüyünü tanıyır

Gürcüstan, Tbilisi, 03 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ ATƏT Rusiyanın hərəkətini pisləyir və Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. Bu barədə Gürcüstan parlamentinin xarici əlaqələr Komitəsinin sədri Laşa Jvaniya ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsi Qoran Lenmarkerlə görüşün yekununda bildirib.

Onun sözlərinə görə, görüşdə hazırki vəziyyət barədə danışıqlar aparılıb. Qonağa Gürcüstandakı proseslər barədə də məlumat verilib. Jvaniyanın sözlərinə görə, yaxın vaxtlarda ATƏT-in 100 müşahidəçisi Gürcüstana gələcək. Onlar Rusiyanın hərbi müdaxiləsi nəticəsində aparılan etnik təmizləmə faktlarını öyrənəcək, həmçinin qaçqınların evlərinə qayıtma prosesini izləyəcəklər.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti