...

Azərbaycan sərhədçiləri tərəfindən 26 sərhəd pozucusu saxlanıb

Siyasət Materials 3 Sentyabr 2008 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir K. Zərbalıyeva/ Ötən ay Azərbaycan sərhədçiləri 23 halda sərhədi keçmiş və keçməyə cəhd göstərmiş 26 sərhəd pozucusunu saxlayıb.

Trend-News-a DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, sərhəd pozucularının 11-i Azərbaycan, 6-sı İran, 6-sı Pakistan, 2-si Gürcüstan, 1-i Cənubi Koreya vətəndaşıdır.

Sərhədçilər vizası olmadığı üçün 190 nəfəri (62 İran, 47 Türkiyə, 11 Filippin, 6 Fransa, 5 Hindistan və digər ölkə vətəndaşları), vizaların müddəti qurtardığı üçün 68 (23 İran, 9 Türkiyə, 5 İsrail və basqaları), müvafiq sənədləri olmadığına görə isə 37 nəfəri (21 Azərbaycan, 7 İran, 4 Rusiya və basqaları) saxayaraq barələrində müvafiq tədbirlər görüb.

Ötən ay sərhədçilər axtarışda olan 75 nəfəri saxlayaraq hüquq-mühafizə orqanlarına təhvil veriblər.

Bu müddətdə görülmüş tədbirlər nəticəsində sərhədçilər qanunsuz dövriyyədən 34 kiloqramdan artıq narkotik maddə çıxarıb.

Avqustda sərhədçilər 43 halda ümumi dəyəri 143 min manatdan artıq qaçaqmal, o cümlədən 17 pinevmatik tapança, 200 patron, 13 ov tüfəngi, 7200 qutu siqaret və digər məhsullar aşakar edərək saxlayıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti