...

"Bakıelektrikşəbəkə"-nin transformator məntəqəsində törədilmiş partlayışla bağlı iki nəfər saxlanılıb -DİN

Siyasət Materials 3 Sentyabr 2008 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend / "Bakıelektrikşəbəkə" Açıq Tipli Səhmdar Cəmiyyətinin Xətai rayonunda yerləşən transformator məntəqəsində törədilmiş partlayışla bağlı iki nəfər saxlanılıb.

"Törədilmiş partlayışla bağlı şübhəli şəxs qismində Bakı şəhər sakinləri Çingiz Amaxanov və Səməd Fəxri tutulublar" - çərşənbə günü Trend -a DİN-in mətbuat xidmətindən bildirilib.

Avqustun 22 - də "Bakıelektrikşəbəkə" Açıq Tipli Səhmdar Cəmiyyətinin Xətai rayonunda yerləşən transformator məntəqəsində törədilmiş partlayış nəticəsində iki nəfər ölüb və üç nəfər isə xəsarət alıb.

Axtarış zamanı saxlanılan Amaxanovun mənzilində narkotik vasitə olan 83 qram tiryək, Fəxrinin mənzilində isə, bir ədəd "Makarov" tipli tapança aşkar edilib.

İstintaq zamanı qeyd olunan şəxslərin cinayətdə iştirakı təsdiqlənməsə də, qanunsuz odlu silah və narkotik vasitə saxlanılması faktlarına görə, barələrində cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti