...

"Böyük dəbilqə" turnirində iştirak edən azərbaycanlı şahmatçı növbəti dəfə heç-heçə edib

Siyasət Materials 5 Sentyabr 2008 13:07

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyada keçirilən, "Böyük dəbilqə" adlanan beynəlxalq turnirdə növbəti dəfə qələbə qazana bilməyib.

Ukraynalı qrossmeyster Vasili İvançukla qarşılaşan Rəcəbob rəqibi ilə xallarını yarı bölməyə məcbur olub.

Azərbaycanlı şahmatçı əvvəl keçirdiyi iki görüşdə də heç-heçə edib.

"Böyük dəbilqə" turnirinin reqlamentinə görə, qələbə qazanan şahmatçıya üç, heç-heçə edənə isə bir xal verilir.

Hazırda hesabında üç xal olan azərbaycanlı şahmatçı 3-5-ci yerləri bölüşdürür. Turnirin lideri hesabında beş xal olan bolqarıstanlı Veselin Topalovdur.

Rəcəbov növbəti turda norveçli Maqnus Karlsenlə görüşəcək.

Turnirdə birinci yeri tutan şahmatçıya 150 min avro mükafat veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti