...

Borjomi-Xaraqauli qoruğunda baş verən yanğın söndürülüb

Siyasət Materials 8 Sentyabr 2008 12:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Borjomi-Xaraqauli qoruğunda Rusiya hərbçiləri tərəfindən törədilən yanğın tam olaraq söndürülüb. Bu barədə Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qoruqda yanğın 28 gün öncə Rusiya hərbçilərinin atdığı yandırıcı bombalardan baş verib. Bu dövr ərzində minlərlə hektar meşə - əsasən də iynəyarpaqlı meşə məhv olub.

Yanğın bir neçə yüz yanğınsöndürən, reyncer və əhali tərəfindən söndürülüb. Rusiya hərbçilərinin türkiyəli və ukraynalı mütəxəssislərə yanğını havadan sondürməyə imkan verməməsi nəticəsində alovun yayılması geniş miqyas alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti