...

Liviya-ABŞ arasında əlaqələrin bərpası İran üçün nümunə ola biməz - Trend News-un icmalçısı

Siyasət Materials 8 Sentyabr 2008 17:22 (UTC +04:00)
Liviya-ABŞ arasında əlaqələrin bərpası İran üçün nümunə ola biməz - Trend News-un icmalçısı

Trend -un Orta Şərq ölkələri üzrə icmalçısı və Fars Redaksiyasının rəhbəri D.Xatınoğlu

ABŞ Dövlət katibi Kondaliza Raysın Liviyaya səfəri və iki ölkənin diplomatik münasibətlərinin bərpası, İran və ABŞ arasında gərgin münasibətlərin yaxşılaşmasına nümunə ola bilməz. Liviya İrandan fərqlidir.

Liviya 2001-ci ildə rəsmən elan etdi ki, nüvə proqramını dayandırır və həmçinin bu sahədə bütün gizli planlarına şəffaflıq gətirməyə hazırdır. Bu arada Liviya prezidenti Müəmmər əl-Qəzzafi də bu ölkənin xarici siyasətində dönüş nöqtələri olacağından xəbər verdi. Liviya 1988-ci ildə Şotlanidiyada "Pan Amerikan" sərnişindaşıyan təyyarəsi ilə bağlı qəzanı və 1989-cu ildə Çad-Fransa reysi ilə uçan təyyarədə baş vermiş partlayışı da boynuna alaraq, zərərçəkmişlərə təzminat ödəməyə hazır olduğunu bildirdi. Beləliklə, Liviyanın adı 2006-ci ildə ABŞ-ın "qara siyahı"sından silindi və Liviyə terrorizmlə mübarizədə Qərblə ciddi əməkdaşlığa başladı.

Rays cümə günü Tripoliyə səfəri zamanı Qəzzafi ilə görüşündə bildirib ki, Amerikanın daimi düşməni yoxdur və istənilən ölkə öz xarici siyasətində strateji dəyişikliklərə hazır olsa, ABŞ-la əlaqələrinin yaxşılaşmasına ümid edə bilər.

Liviya İrana örnək ola bilməz

1957-ci ildən etibarən ilk dəfədir ki, ABŞ-ın yüksək rütbəli diplomatı Tripoliyə səfər edir. Buna qədər 50 il müddətində ABŞ prezidentləri Qəzzafini rəsmən terrorçu adlandırıblar, hətta ABŞ prezidenti Ronald Reyqan Qəzzafini dəfələrlə "dəli it" deyə xatırladıb. ABŞ 1986-ci ildə Tripolini bomba hücumlarına məruz qoyarkən Qəzzafinin 17 aylıq körpəsi həmin hadisələrdə həlak olub, bununla belə, hazırda iki ölkə arasında münasibətlərin yaxşılaşmasının şahidiyik. Baxmayaq ki, ABŞ yenə də rəsmi Trapolini insan haqlarını pozmaqda ittiham edir və kəskin tənqid atəşinə tutur. Lakin hazırda bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların bir qismini ləğv edib.

İran-ABŞ münasibətləri 1979-cu ildən kəsilib. 1978-ci ildə Reyqan İrana səfəri zamanı bildirmişdi ki, İran regionda ABŞ-ın birnömrəli müttəfiqidir, lakin bir il sonra iki ölkə bir-birinə qarşı ən qatı düşmənlərə çevrildilər. ABŞ son bir ildə İranla münasibətlərinin yaxşılığa doğru dəyişdiyi barədə bildirib. Məsələn, ABŞ-ın Tehranda öz ofisini açması, İran vətəndaşlarının ABŞ-a səfərlərini asanlanlaşdırmaq planı və s. Lakin bunların heç biri iki ölkənin bir-birinə qarşı mənfi münasibətini dəyişə bilməyib.

Liviyanın İrana nümunə ola bilməməsinin iki səbəbi var. Birincisi, sabiq Liviya İranın ən yaxın müttəfiqlərindən olub və hazırda Liviya ilə İran arasında gərgin münasibətlər var. Hər iki ölkənin nüvə proqramını təqdim edən pakistanlı Əbdulqədir Xan olub. Liviya öz nüvə proqramının arxivlərini açarkən İranın nüvə proqramına dair bəzi məlumatları da aşkar etmiş oldu. Bu səbəbdən general Qəzzafi rəsmi Tehranın qəzəbinə tuş gəlib. Digər tərəfdən, Qəzzafi nüvə proqramını dayandırmazdan əvvəl, terrorizmə dəstəyini dayandırması barədə elan etmişdi. Ona görə də Amerika bu ölkə ilə müzakirələrə kəçərkən ortada yalnız bir problem - nüvə problemi var idi. Lakin Vaşinqton-Tehran arasında mövcud problemlərin sayı daha çoxdur və daha mürəkkəbdir.

Vaşinqton-Tehran arasında mövcud problem və münaqişə yalnız nüvə məsələsi ilə bağlı deyil. Həmçinin İranın regionun bir çox ölkələrində, o cümlədən İraq, Livan, Fələstin və Latin Amerikasında güclü nüfuza malik olması ABŞ-ı narahat edir və Vaşinqtonla müzakirələrə keçən zaman İran daha güclü mövqe nümayiş etdirməyə qabildir. ABŞ İranı rəsmən İraq, Livan və Fələstində terrorçu təşkilatları himayə etməkdə ittiham edir. İran-ABŞ arasında mövcud münaqişə ideoloji cəhətdən daha da mürəkkəbdir. İranda ideoloji hakimiyyəti mövcuddur və bu baxımdan İsrail və onun bir nömrəli müttəfiqi olan Amerika ilə barışıq İran iqtidarının ideologiyasına ziddir.

Bundan əvvəl dəfələrlə İran və Amerika müxtəlif səviyyəli müzakirələr aparıblar, lakin heç bir nəticə əldə olunmayıb. 1999-cu ildən 2003-cü ilədək Amerika tərəfindən Royan Kroker (hazırda ABŞ-ın İraqda səfiridir), Zəlmay Xəlilzad (ABŞ-ın BMT-də nümayəndəsi), senator Bob Ney və İran tərəfindən Sadiq Xərrazi (İranın Fransadakı sabiq səfiri), Trita Parsi (İran Əsilli Amerikalılar Şurasının sədri) və Huşəng Əmir Əhmədi (İran-Amerikalılar Dostluq Icmasının sədri) 18 dəfə qeyri-rəsmi görüşməklə iki ölkə arasındakı münasibətləri müzakirə ediblər. Aparılan müzakirələrin nəticəsi müvafiq olaraq ölkə rəhbərlərinə çatdırılıb. Bu haqda Trita Parsi 2003-cü ildə CNN-ə verdiyi müsahibədə məlumat verib.

Həmçinin ABŞ Əfqanıstana və İraqa hücumları zamanı rəsmi Tehran müəyyən məqamlarda ABŞ-a dəstək göstərmişdi. Belə görünür ki, hər iki ölkə münasibətlərin bərpasında maraqlıdır, lakin ortada çox sayda fikir ayrılıqları və problemlər var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti