...

Azərbaycanın Mərkəzi Seçki Komissiyasında ATƏT-in müşahidəçi missiyasının 41 nümayəndəsi qeydiyyatdan keçib

Siyasət Materials 9 Sentyabr 2008 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasında ölkədə prezident seçkilərinin gedişini izləyəcək ATƏT-in müşahidəçi missiyasının 41 nümayəndəsi qeydiyyatdan keçib. Bu barədə   Trend -a çərşənbə axşamı MSK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov deyib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Seçki prosesini ATƏT-in 40 uzunmüddətli və 450 qısamüddətli nümayəndəsi izləyəcək.

Qasımov bildirib ki, qeydiyyatdan keçmiş 28 müşahidəçi  uzunmüddətli, 13 müşahidəçi isə nümayəndə heyətinin əsas tərkibinin üzvləridir.

Onun sözlərinə görə, MSK-da qeydiyyatdan keçmiş müşahidəçilər 24 ölkənin nümayəndəsidir.

Qasımov onu da bildirib ki, MDB-nin missiyası Azərbaycana sentyabrın ortalarında gələcək.

Xəbər lenti

Xəbər lenti