...

Paris məhkəməsinin Okuraşvilini ekstradisiya etməkdən imtina etməsi Fransanın Saakaşviliyə inamsızlığı ilə bağlıdır - "Vahid Gürcüstan uğrunda" hərəkatının lideri

Siyasət Materials 11 Sentyabr 2008 19:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ "Vahid Gürcüstan uğrunda" hərəkatının lideri Yekaterina Beseliya Paris məhkəməsinin keçmiş müdafiə naziri İrakli Okuraşvilini ekstradisiya etməkdən imtina etməsi qərarının Fransanın Saakaşviliyə inamsızlığı ilə bağlı olduğunu hesab edir.

Bu gün keçirilən mətbuat konfransında Beseliyanın bildirdiyinə görə, Fransanın qərarı o deməkdir ki, Gürcüstanda ədalətli məhkəmənin keçirilməsinə zəmanət yoxdur.

"Paris məhkəməsinə Okuraşvilinin siyasi baxışlarına görə təqib edilməsini göstərən bütün dəlil və faktlar təqdim edilib və məhz bu arqumentlər məhkəməni bu qərarı qəbul etməyə əmin edib", - o qeyd edib.

Beseliyanın qeyd etdiyinə görə, keçmiş müdafiə nazirinin üzərindən bütün məhdudiyyətlər götürülüb və o, Fransa qanunvericiliyinə əsasən hərəkət edir. "Bu andan etibarən Okuraşvili siaysi proseslərə daha fəal qoşulacaq və mətbuat ilə daha sıx əlaqələr yaradacaq", - deyən Beseliya qeyd edib ki, Gürcüstandakı son hadisələrlə əlaqədar olaraq Okuraşvili hesab edir ki, Saakaşvilinin məsuliyyət məsələsi qoyulmalıdır.

Parisin Apellyasiya Məhkəməsi dünən Gürcüstana keçmiş müdafiə nazirini ekstardisiya etməkdən imtina edib.   

Xəbər lenti

Xəbər lenti