...

"Psixoloji təhlükəsizlik haqqında" Qanun qəbul olunmalıdır - komissiya sədri

Siyasət Materials 15 Sentyabr 2008 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin İnsan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova hesab edir ki, ölkə əhalisinə zərərli xarici təsirlərin qarşısını almaq üçün "Psixoloji təhlükəsizlik haqqında" Qanun qəbul olunmalıdır.

"Belə bir Qanunun qəbul olunması vaxtı çoxdan yetişib. Qanunun qəbul olunması ilə Azərbaycana yönələn bir çox zərərli məqamların, tendensiyaların qarşısını almaq mümkün olar" - bazar ertəsi jurnalistlərə Aslanova bildirib.

Onun sözlərinə görə, artıq Fransada belə bir Qanun qəbul olunub. Qanuna görə, əgər fransız xalqının tarixinə, mədəniyyətinə, mənəviyyatına, milli - mənəvi dəyərlərinə təsir edən hər hansı bir zərərli informasiya yayılırsa, ötürülürsə, dərhal onun qarşısı alınır və bunu edən insanlar 3 ildən 5 ilədək cinayət məsuliyyətinə cəlb olunurlar.

Komissiya sədri qeyd edib ki, əgər Azərbaycana gətirilən dini kitablarda, ədəbiyyatlarda başqa dinlərə hörmətsizlik, insanların şüuruna, psixoloji təhlükəsizliyinə ciddi təhlükə törədən məqamlar varsa, onların ölkəyə kütləvi şəkildə gətirilməsinin qarşısı alınmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti