Gürcüstan, Tbilisi, 15 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ "Gürcüstan Şimali Atlantika Alyansına inteqrasiya məsələləri üzrə NATO ilə daha intensiv dialoq aparmaq üçün yeni mexanizmlər alıb", - Baş nazir Vladimir Qurgenidze Gürcüstan-NATO komissiyasının birinci iclasından sonra bildirib.
"Biz bu komissiya çərçivəsində daha sıx işləməliyik və bizim NATO -ya doğru səylərimiz indi daha çox ciddidir", - o bildirib. Baş nazir göstərdiyi dəstəyə görə Şimali Atlantika Alyansına minnətdarlığını bildirib. "NATO Şurasının Gürcüstana səfəri və iclasın burada keçirilməsi sıx əməkdaşlığın qurulması yolunda böyük addımdır", - Qurgenidze vurğulayıb.