Bakı.Trend:
Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək icarədarı olduğu ofisdən 6000 manat dəyərində kompüter və televizor oğurlandığını bildirib.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbiri nəticəsində K.Həsənov şübhəli şəxs
qismində saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, gecə
saatlarında əvvəllər çalışdığı iş yerinə gəlib və özündə saxladığı
açarla qapını açaraq ofisi talayıb.
Sabunçu rayonunda keçirilən tədbir zamanı isə gecə vaxtı vətəndaşın
evinin qarşısında saxladığı 1800 manat dəyərində mopedi oğurlamaqda
şübhəli bilinən İ.Əlizadə və M.Quliyev də müəyyən olunaraq
saxlanılıblar.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
