...

Azərbaycanda yeni tikilən binalar enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq

Siyasət Materials 30 Dekabr 2025 16:09 (UTC +04:00)
Azərbaycanda yeni tikilən binalar enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları enerji effektivliyi üzrə məcburi pasportlaşdırılacaq.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunda edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə, effektivlik potensialının qiymətləndirilməsi, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının təşkili, habelə məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın yerləşdirilməsi təmin edilir.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti