...

Azərbaycan və Küveyt arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Siyasət Materials 30 Dekabr 2025 15:24 (UTC +04:00)
Azərbaycan və Küveyt arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah arasında telefon danışığı olub.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Küveytin Baş nazirinin təşəbbüsü ilə baş tutmuş telefon danışığı əsnasında Azərbaycan-Küveyt münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında bir çox sahələrdə inkişaf etdiyi vurğulanıb.

Hökumət başçıları iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər, qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran bir sıra aktual məsələləri nəzərdən keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti