...

Çin Tayvanın hava və su məkanı ətrafında irimiqyaslı təlimlər keçirir

Dünya xəbərləri Materials 30 Dekabr 2025 16:06 (UTC +04:00)
Çin Tayvanın hava və su məkanı ətrafında irimiqyaslı təlimlər keçirir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Tayvanın hava və su məkanı ətrafında irimiqyaslı təlimlər keçirir. “Müharibə oyunlarına” hərbi dəniz donanmasının 20-dən çox gəmisi və hərbi hava qüvvələrinin 130 təyyarəsi cəlb olunub. Manevrlərə “Ədalət missiyası – 2025” adı verilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Çin rəsmiləri bildiriblər ki, geniş miqyaslı təlimlər bu yaxınlarda ABŞnin Tayvana iri həcmdə silahl tədarükünə cavabdır; bu, adanın tarixində bu qəbildən olan ən iri sövdələşmədir. Pekində açıq şəkildə vurğulanır ki, təlimlərin məqsədi Tayvan limanlarının mümkün blokadasını sınaqdan keçirmək və bu cür tədarüklərin qarşısını almaqdır.

Pekin aviaşirkətlərə təlimlərin keçirildiyi zonadan yan keçməyi tövsiyə edib. Qeyd olunur ki, bu zona son bir neçə il ərzində ilk dəfə olaraq Tayvanın ərazi sularını da əhatə edir.

Tayvan tərəfinin məlumatına görə, Çin gəmiləri və təyyarələri hələlik sərhədi pozmayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti