...

NFC ödənişlərində kart balansı kifayət etmədikdə sərnişin ictimai nəqliyyatdan istifadə edə bilər

Cəmiyyət Materials 30 Dekabr 2025 15:29 (UTC +04:00)
NFC ödənişlərində kart balansı kifayət etmədikdə sərnişin ictimai nəqliyyatdan istifadə edə bilər
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

BakıKart tərəfindən tətbiq edilən ödəniş sistemi həm “bir dəfəlik keçid imkanı”, həm də “Delayed Authorization” (Gecikdirilmiş avtorizasiya) prinsiplərini əhatə edir. “Bir dəfəlik keçid” funksiyası sayəsində kart balansı müvəqqəti kifayət etmədiyi hallarda belə sərnişin ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər; balans bərpa olunduqda ödəniş avtomatik tutulur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "K Group Bakıkart"dan bildirilib.

Qeyde edilib ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, 1 saniyənin altında aparılmasını təmin edir.

"Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının texniki səbəblərdən sonradan rəsmiləşdirilməsinə imkan verir.
Qeyd edirik ki, bu mexanizmlər hər hansı texniki nasazlıq və ya əsassız vəsait silinməsi ilə bağlı deyil, sistemin işləmə prinsiplərindən irəli gəlir. Məqsəd sərnişinlərin rahatlığını təmin etmək və ödəniş prosesinin fasiləsizliyini qorumaqdır.
Ödənişlərlə bağlı sual yarandığı halda vətəndaşlar bank kartının emitenti ilə yanaşı, BakıKart-a rəsmi şəkildə müraciət edərək əməliyyatlar barədə ətraflı məlumat əldə edə bilərlər",- "K Group Bakıkart"dan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti