...

Azərbaycanda rabitə və nəqliyyat sektoruna kredit qoyuluşları artıb

İqtisadiyyat Materials 30 Dekabr 2025 15:24 (UTC +04:00)
Azərbaycanda rabitə və nəqliyyat sektoruna kredit qoyuluşları artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən rabitə və nəqliyyat sektoruna qoyulmuş kreditlərin həcmi 2,143 milyard manata çatıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 19,3 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 321,1 milyon manat və ya 17,6% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin dekabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,009 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 294,5 milyon manat və ya 0,9%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4 milyard manat və ya 8,3% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti