...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Siyasət Materials 16 Sentyabr 2008 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 15-də saat 19.45-dən 20.35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.20-dək, 23.00-dan 23.20-dək və sentyabrın 16-da saat 05.30-dan 05.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd, Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti