...

İspaniya Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir - İspaniya Baş naziri

Siyasət Materials 16 Sentyabr 2008 14:33 (UTC +04:00)

Türkiyədə səfərdə olan İspaniyanın Baş naziri Xose Luiz Rodriqez Sapatero bu ölkənin Avropa İttifaqına namizədliyini dəstəkləyib. İspaniya Baş naziri həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə bu barədə bildirib. Bu haqda CNN Türk məlumat verib.

"İspaniya Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir", - deyə Sapatero bildirib. Dinlərin və mədəniyyətlərin qovuşduğu ərazidə yerləşən Türkiyənin Avropa Birliyinə üzvlüyünü dəstəkləyən ispaniyalı Baş nazir dünyanı qərb və şərq sivilizasiyalarına bölməyin düzgün fikir olmadığını qeyd edib: "Sivilizasiyaların ittifaqı hər şeydən əvvəl dəyərlərin və maraqların qovuşması deməkdir. Sivilizasiyalar ittifaqı ideyası Birləşmiş Millətlər Təşkilatının bütün dünyada siyasi münaqişələrin qarşısını almaq təşəbbüsüdür", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti