Gürcüstan, Tbilisi, 16 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ NATO humanitar böhranın aradan qaldırılmasında Gürcüstana yardım etməlidir, - Gürcüstanda səfərdə olan NATO Baş katibi Yaap de Hoop Sxeffer Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, NATO humanitar yardımdan əlavə, minaların zərərsizləşdirilməsi və gələcək kiberhücumlardan qorunmaq üçün kompüter sistemlərinin bərpasında Gürcüstana yardım etmək niyyətindədir. Sxeffer qeyd edib ki, Gürcüstana artıq Alyansın işçi qrupu göndərilib. İşçi qrupu ölkəyə dəyən ziyanın hesablanması ilə məşğul olacaq.
Alyansın Baş katibi bəyan edir ki, NATO "uzunmüddətli əməkdaşlığın sürətli templərlə inkişaf etməsi" üçün Tbilisiyə real yardım göstərməkdə maraqlıdır. "Qızılgül inqilabı" sübut edib ki, gürcü xalqı öz gələcəyi üçün məsuliyyətini dərk edir. Tezliklə siz bu demokratik səylərin qorunması prosesində iştirak etməlisiniz", - Sxeffer tələbələrə müraciət edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]