...

RF tərəfdaşları kimi dəstəkləməli olduqlarını seçməlidirlər - Rusiya XİN-i

Siyasət Materials 18 Sentyabr 2008 12:25 (UTC +04:00)
RF tərəfdaşları kimi dəstəkləməli olduqlarını seçməlidirlər - Rusiya XİN-i

Azərbaycan, Bakı, 18 sentyabr / Trend / Qərb artıq Gürcüstanın hazırki prezidenti Mixail Saakaşvili rejiminin demokratiyaya müvafiq olmaması barədə düşünməyə başlayıb və Rusiya Federasiyasının (RF) tərəfdaşları seçim etməlidirlər - ya Saakaşvili ilə olmaq, ya da ona qeyd-şərtsiz dəstək göstərməkdən imtina etmək. Bu barədə cümə axşamı Rusiyanın Federasiya Şurasının iclasında çıxış edən RF-nın xarici işlər naziri Sergey Lavrov bildirib.

"RF tərəfindən Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərinin tanınması beynəlxalq hüquqi əsasa malikdir, dövlətin ərazi bütövlüyü ərazisində yaşayan xalqların öz müqəddaratlarını təyin etmək hüququna hörmət etmək öhdəliyi ilə şərtləndirilir", - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, RF Gürcüstanın təcavüzünə beynəlxalq normalara müvafiq cavab verib.

"Saakaşvili dövlətin bütövlüyü üzərindən özü xətt çəkib", - deyə Lavrov bildirib.

Rusiya birtərəfli qaydada Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti