Türkiyədə Ergenekon terror təşkilatının cinayət işi üzrə keçmiş jurnalist həbs olunub. Bu haqda Cihan agentliyi məlumat verib. Türkiyədə Ergenekon terror təşkilatının cinayət işi üzrə aparılan əməliyyatlarda Kanaltürk televiziya kanalının keçmiş sahibi Tuncay Özkandan sonra həmin kanalın Xəbərlər Departamentinin müdiri, jurnalist Adnan Bulut da həbs edilib. Hazırda Adnan Bulut İzmir Polis İdarəsində saxlanılır.