Azərbaycan, Bakı, 26 sentyabr/ Trend müxbir R.Novruzov/ Avropa Komisiyası hesab edir ki, Türkiyə Dağlıq-Qarabağ münaqişəsinin nizamasalınmasında səy göstərə bilər. "Türkiyənin "Qafqazda Təhlükəsizlik və Sülh Platforması" yaradılması təşəbbüsünü çox maraqlıdır və regionda münaqişələrin həllinə yardımçı ola bilər", cümə günü Trend a Avropa komissiyasının Azərbaycanda nümayəndəliyinin başçısı Alan Vaddams.
O hesab edir ki, Türkiyənin təklifləri maraqlıdır və onlara baxılmalıdır.
"Mən çox güman edirəm ki, Türkiyənin təşəbbüsü ilə ATƏT-in Minsk qrupu münaqişələrin həllinini tapa bilər", deyə diplomat bildirib.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988 - ci ildən başlayıb, 1991- ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 ї 93 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.
Minsk qrupunun həmsədrləri Türkiyənin erməni-azərbaycan münaqişəsinin həlli prosesində göstərdikləri səyləri alqışlayırlar.
"Türkiyənin erməni-azərbaycan münaqişəsinin həlli prosesində göstərdikləri səyləri çox müsbətdir, lakin dəstək başqa bir şeydir, danışıqlar və vasitəçilik başqa", - Bakıda səfərdə olan Minsk qrupunun həmsədri Bernard Fasye jurnalistlərə bildirmişdir.
Rusiya və Türkiyə sentyabrın ortalarında beş ölkə - Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və Ermənistan üçün - Qafqazda Təhlükəsizlik və Sülh Platformasıїnın yaradılması Planının realizəsinə başlayıblar. Türkiyənin Qafqazda Ermənistan və Türkiyə, Ermənistan və Azərbaycan arasında ərazi münaqişələrinin tezliklə həllinə can atması bu platformanın yaradılmasının məqsədi olub.