...

ISESCO - nun növbəti iclası Bakıda keçiriləcək

Siyasət Materials 29 Sentyabr 2008 14:18 (UTC +04:00)
ISESCO - nun növbəti iclası Bakıda keçiriləcək

Qırğızıstan, Bişkek, 29 sentyabr/ Trend , müxbir R.Məşədihəsənli/ Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (ISESCO) növbəti iclası oktyabrın 6 - 8 - də Bakıda keçiriləcək.

Qırğızıstan XİN - dən Trend - a verilən məlumata görə, iclas təşkilata üzv ölkələrin təhsil nazirləri səviyyəsində təşkil olunacaq.

Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı (Islamic Educational, Scientific and Cultural Organization) İslam Konfransı Təşkilatı (İKT) tərəfindən 1979 - cu ilin mayında təsis edilib.

İslam Konfransı Təşkilatının 57 üzv dövlətindən, Azərbaycan daxil olmaqla, 50 ölkəsi ISESCO -nun da üzvüdür.

Azərbaycanın birinci xanımı, UNESCO - nun Xoş məramlı səfiri Mehriban Əliyeva mədəniyyətlərarası dialoqun inkişafı sahəsindəki fəal rolu, humanitar sahədə çoxşaxəli fəaliyyətinə görə 2004 - cü ilin noyabrından ISESKO - nun da Xoşməramlı səfirdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti