...

Bakıda şərikinə qarşı dələduzluq edən şəxs tutulub

Siyasət Materials 3 Oktyabr 2008 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Xətai rayonunda dələduzluq etdiyinə görə barəsində axtarış elan olunan 31 yaşlı şəxs tutularaq istintaqa təhvil verilib.

Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsindən cümə günü Trend -a verilən məlumata görə, polis bölməsinin əməkdaşlarının kesirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə barəsində axtarış elan olunan Ramin Fərhad oğlu Nuriyev oktyabrın 2-də tutulub.

Polis bölməsindən bildiriblər ki, Nuriyev şərik işlədiyi şəxsin küllü miqdarda pulunu mənimsədiyi üçün bu ilin may ayında barəsində cinayət işi başlanıb və barəsində axtarış elan olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti