...

Minskdə Azərbaycan prezidenti seçkisində minə yaxın azərbaycanlının iştirakı gözlənilir

Siyasət Materials 6 Oktyabr 2008 18:02 (UTC +04:00)

Belarus ərazisində daimi və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşları üçün Minskdə oktyabrın 15 - də Azərbaycan prezidenti seçkisi üzrə seçki məntəqəsi açılacaq. Bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında Azərbaycanın Belarusdakı Fövlqəladə və Səlahiyyətli səfiri Əli Nağıyev məlumat verib.

Seçki məntəqəsi Azərbaycanın Belarusda Şərq küçəsi, 133 ünvanında yerləşən səfirliyində saat 09.00 - dan 18.00-dək fəaliyyət göstərəcək.

Minskdə Azərbaycan prezidenti seçkisində təqribən min nəfər azərbaycanlının iştirakı gözlənilir. BELTA -nın verdiyi xəbərə görə, Belarusda Azərbaycan diasporu ümumilikdə 15 min nəfər hesablanır.

Azərbaycanda prezident postu uğrunda yeddi namizd, o cümlədən indiki dövlət rəhbəri İlham Əliyev mübarizə aparacaq. Səfir qeyd edib ki, MDB, ATƏT, Avropa Şurası, həmçinin, ayrı - ayrı humanitar təşkilatların nümayəndələri seçkini müşahidə edəcəklər. Nağıyev bildirib ki, seçkiləri müşahidə etmək istəyənlər üçün heç bir məhdudiyyət qoyulmayıb.

"Əminəm ki, Azərbaycan xalqı düzgün seçim edəcək və onu layiqli həyat ilə təmin edəcək şəxsi seçəcək", - deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti