...

Azərbaycanın xaricdəki səfirlikləri prezident seçkilərinə hazırlaşır

Siyasət Materials 8 Oktyabr 2008 16:36 (UTC +04:00)
Azərbaycanın xaricdəki səfirlikləri prezident seçkilərinə hazırlaşır

Azərbaycan, Bakı, 08 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ Azərbaycanın xaricdəki səfirlikləri ölkədə prezident seçkilərinə hazırlaşır.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.

їQazaxıstan ərazisində iki seçki məntəqəsi yaradılıb ї Azərbaycanın səfirliyi nəzdində Astanda və ölkənin Aktaudakı Baş konsulluğu nəzdindəї, - deyə Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov çərşənbə günü Astanadan telefonla Trend -a bildirib. Səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşları Qazaxıstan KİV-in vasitəsilə xəbərdar edilib və seçicilərin böyük fəallığı gözlənilir, səfir bildirib.

Azərbaycanın Ukraynadakı səfirliyi nəzdində bu ölkənin ərazisində bir seçki məntəqəsi yaradılıb və səsvermə hüququ olan 700 vətəndaş qeydiyyata alınıb, çərşənbə günü səfirlikdən bildiriblər.

Azərbaycanın Seçki Məcəlləsinə əsasən, prezident seçkiləri zamanı respublikanın 50-dən çox vətəndaşının yaşadığı ölkələrdə seçki məntəqələri təşkil edilir.

Latviyada bu ölkədəki səfirlik nəzdində bir seçki məntəqəsi yaradılacaq, diplomatik missiyadan bildiriblər. Seçki məntəqəsində 70 nəfər qeyddiyata alınıb. Səfirlik Latviya KİV-də qarşıdakı seçkilər haqqında elan verib.

їÜmumilikdə Azərbaycanın digər ölkələrdəki 33 səfirliyində seçki məntəqələri yaradılıb və onların zəruri avadanlıqla təmin edilməsi başa çatdırılıbї, - Mərkəzi Seçki Komissiyasının (MSK) Xarici əlaqələr şöbəsinin rəhbəri Rövzət Qasımov əvvəllər Trend -a bildirib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Azərbaycanın ABŞ, Rusiya, İran, Türkiyə və Avropanın digər ölkələrindəki səfirliklərində yaradılan seçki məntəqələrində 10 mindən çox azərbaycanlı seçicinin səs verəcəyi gözlənilir.

Oktyabrın 15-də Minskdə Belarus ərazisində yaşayan və ya müvəqqəti bu ölkə ərazisində olan Azərbaycan vətəndaşları üçün seçki məntəqələri açılacaq, Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev əvvəllər bildirib.

Azərbaycanın Belarusdakı səfirliyində yaradılan seçki məntəqəsi saat 9.00-dan 18.00-dək işləyəcək.

Minskdə Azərbaycan prezidentinin seçkilərində təxminən minədək azərbaycanlının iştirak edəcəyi gözlənilir. Ümumilikdə Belarus azəbaycanlıları diasporunun sayı təxminən 15 min nəfərə yaxındır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti