...

Norveç Əfqanıstanın Faryab əyalətinə 9 milyon ABŞ dolları həcmində maliyyə yardımı göstərib

Siyasət Materials 8 Oktyabr 2008 19:18 (UTC +04:00)
Norveç Əfqanıstanın Faryab əyalətinə 9 milyon ABŞ dolları həcmində maliyyə yardımı göstərib

Əfqanıstan, Kabil, 08 oktyabr/ Trend , müxbir A.Hakimi/ Əfqanıstanın xarici işlər naziri Rangin Dədfar Spanta çərşənbə günü keçirilən mətbuat konfransında maliyyə yardımına görə Norveçə minnətdarlığını bildirib.

Norveçin xarici siyasət idarəsinin rəhbəri Yonas Qar Stere bildirib ki, onun ölkəsi gələcəkdə də Əfqanıstana maliyyə və hərbi yardım göstərəcək. Bu dəstək mədəniyyət, enerji və kənd təsərrüfatı sahələrini əhatə edəcək.

Səfər çərçivəsində, tərəflər arasında insan hüquqları və Əfqanıstanın bərpası ilə bağlı hesabatlar hazırlaya biləcək diplomatik kadrların, mütəxəsisslərin, hazırlanması haqqında müqavilə imzalanıb.

Norveçin xarici işlər naziri cümə axşamı Fəryab əyalətində görüş keçirəcək və BMT - nin çağırışı çərçivəsində, Əfqanıstana yardım göstərmək üçün ayrılan 9 mln. ABŞ dollarını əyalətə təqdim edəcək.

Yonas Qar Stere 39 məktəb və bir kitabxananın bünövrəsinin qoyulması mərasimində iştirak etmək üçün Herat əyalətinə  də baş çəkəcək.

İndiyədək 580 norveçli hərbçi Əfqanıstanda təhlükəsizliyin təmin edilməsində iştirak edib. Norveç hər il Əfqanıstana 65 mln. ABŞ dolları məbləğində yardım göstərir, bu yardımın ümumi məbləği isə, 268 mln. ABŞ dollarına çatıb. Cari ildə bu məbləğ 140 mln. ABŞ dolları təşkil edib.

2002- ci ildən Əfqanıstanda Norveçin səfirliyi fəaliyyət göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti