...

Azərbaycan MSK-sı beynəlxalq müşahidəçilərin prezident seçkisindəki fəaliyyətindən razıdır

Siyasət Materials 9 Oktyabr 2008 14:58 (UTC +04:00)
Azərbaycan MSK-sı beynəlxalq müşahidəçilərin prezident seçkisindəki fəaliyyətindən razıdır

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) beynəlxalq müşahidəçilərin prezident seçkisindəki işindən razıdır. Müşahidəçilərin ölkədəki fəaliyyəti digər dövlətlər üçün nümunə ola bilər. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan MSK-nın sədri Məzahir Pənahov bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Azərbaycanda seçkilərin gedişatını 59 ölkədən 1104 beynəlxalq müşahidəçi izləyəcək. Aralarında Reuters, AP, TRT Vesti, NTV, İTAR-TASS olmaqla xarici ölkələrin 20 KİV-i seçki prosesini işıqlandıracaq.

MSK sədri bildirib ki, ölkədə seçkiqabağı stabil ictimai-siyasi vəziyyət böyük əmiyyət kəsb edir və namizədlərin siyasi fəallıq göstərməsi üçün hər bir şərait yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti