...

Rusiya tərəfi Sarkozi-Medvedyev müqaviləsinin ikinci bəndini yerinə yetirmir - Gürcüstan MTŞ-nin katibi

Siyasət Materials 10 Oktyabr 2008 13:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya işğalçı qoşunları Axalqoridən çıxarılmayınca Sarkozi-Medvedyev müqaviləsinin ikinci mərhələsi başa çatmamış hesab olunacaq. Bu barədə Gürcüstanın Milli Təhlükəsizilk Şurasının (MTŞ) katibi Aleksandr Lomaya bildirib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri hələ də Axalqori və bu rayonun kəndlərində qalmaqdadırlar. "Bu, müqaviləyə ziddir, belə ki, sazişə əsasən, Rusiya qoşunları Axalqorinin daxil olmadığı separatçı regionların ətrafındakı bufer zonaları oktyabrın 10-dək tərk etməlidirlər", - deyə o bildirib.

Lomaya bildirib ki, hələ ki, Sarkozi-Medvedyev müqaviləsinin bir bəndi - atəşkəs barədə bənd yerinə yetirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti