...

Azərbaycanın cənubundakı Lənkəran şəhərində hərbçilər iki seçki məntəqəsində səs verəcəklər

Siyasət Materials 11 Oktyabr 2008 12:54 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 11 oktyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr aralı) prezident seçkilərində hərbçilərin və onların ailə üzvlərinin səs verməsi iki seçki məntəqəsində həyata keçiriləcək. Bu barədə şənbə günü Trend -un bölgə müxbirinə Lənkəran şəhər Dairə Seçki komissiyalarından (DSK) məlumat verilib.

73 saylı Lənkəran şəhər seçki dairəsinin sədri Kərim Heydərov bildirib ki, seçki dairəsində qeydə alınan 650 hərbçi və onların ailə üzvləri səsvermədə iştirak edəcəklər.

75 saylı Lənkəran - Masallı seçki dairəsinin sədri Yaxşıəli Hüseynov bildirib ki, seçki dairəsinə daxil olan  məntəqədə isə, 600 hərbçi və onların ailə üzvləri səs verəcəklər.

Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Lənkəranda prezident seçkisini 1056 müşahidəçi izləyəcək.

Qeydə alınan müşahidəçilərdən 451 nəfəri siyasi partiyaların tərkibindədir, 438-i isə, qeyri - hökumət təşkilatlarının nümayəndələridir. Digərləri öz təşəbbüsləri ilə müşahidə aparanlardır.

Lənkəranda seçki bildirişlərinin paylanılması başa çatıb.

Lənkəranda seçici siyahılarında111 250 nəfər yer alıb. Seçicilərdən 532 nəfərinə qeydiyyatdan çıxma vəsiqəsi verilib.

Lənkəranda dörd (73, 74 - Lənkəran kənd, 75, 76 - Lənkəran-Astara saylı) Dairə Seçki Komissiyası, 115 seçki məntəqəsi fəaliyyət göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti