...

Azərbaycanın hakim partiyası prezidentliyə namizədinin təbliğat kampaniyasını sona çatdırıb

Siyasət Materials 13 Oktyabr 2008 18:22 (UTC +04:00)

Azərbayan, Bakı, 13 oktyabr/ Trend müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizədi, dövlət başçısı İlham Əliyevin təbliğat - təşviqat kampaniyasının sonuncu günü ölkənin böyük şəhərlərində mitinqlər keçirib.

"Prezidentliyə namizəd İlham Əliyevin vəkillərinin, YAP- ın tanınmış simalarının, nüfuzlu elm və mədəniyyət xadimlərinin təmsil olunduğu təbliğat - təşviqat qrupunun nümayəndələrinin iştirakı ilə Bakıda məskunlaşmış Şuşa şəhərindən olan məcburi köçkünlərlə, paytaxtın Nərimanov, Nəsimi, Səbayel, Xətai, Əzizbəyov, Qaradağ rayonlarında görüşlər və Sumqayıt, Gəncə, Lənkəran və Yevlax şəhərində mitinq keçirilib"- bu barədə bazar ertəsi YAP mətbuat xidmətindən məlumat verilib.

Trend - un arayışı : Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

YAP - dan bildirilib ki, "İlhamla irəli" şüarı ilə keçirilən seçki - təşviqat kampaniyası oktyabın 13 - də uğurla başa çatdırılıb. "İlhamla irəli" şüarı ilə keçirilən seçki - təşviqat kampaniyası çərçivəsində təşkil edilən bütün kütləvi aksiyalar, hər bir görüş kütləviliyi, fəallığı ilə seçilib. Bütövlükdə prezidentliyə namizəd İlham Əliyevin seçki kampaniyasında 1 milyon 500 mindən artıq vətəndaş iştirak edib.

Seçki - təşviqat kampaniyası çərçivəsində, vəkillərin, partiyanın təbliğat - təşviqat qrupunun təmsilçilərinin iştirakı ilə 1200 - dən artıq görüş keçirilib", - deyə məlumatda qeyd olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti