Biz Azərbaycanın ən yeni tarixində cəmiyyəti siyasi motivlərə görə parçalamaq perspektivlərinin olmadığı, tərəflərin əhaliyə qarşı siyasi hədə-qorxu üsullarından itifadə etmədikləri, qara piarın çirkli axını və şokedici dezinformasiyanın olmadığı seçkinin şahidi və iştirakçısı olduq. Bu barədə cümə axşamı Trend - a Azərbaycanın Sosial Araşdırmalar Fondunun prezidenti Rəşad Rzaquliyev bildirib.
Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, ilkin nəticələrə əsasən, İlham Əliyev bütün səslərin 89,4 faizini toplayıb. Pənahovun məlumatına görə, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Haçıyev 0,62 faiz səs toplayıb.
Rzaquliyevin sözlərinə görə, hər bir seçkiqabağı kampaniya sakit və konstruktiv şəraitdə, insidentsiz və xarici müşahidəçilərin "sensasiyasız açıqlmaları" olmadan keçdi və bu, baş tutan prosesin transparent və demokratikliyindən xəbər verir.
"Baş tutan seçki seçicinin siyasi mədəniyyətin artdığını, Azərbaycanın müasir seçki sistemində yeni ənənələrin meydana gəldiyini əks etdirdi", - deyə Rzaquliyev bildirib.
Onun sözlərinə görə, baş tutmuş seçkini birmənalı olaraq, millətin İlham Əliyevin kursuna etibarına dair referendum, çətin və qarışıq 2003 -cü ildə verilən vədlərin parlaq şəkildə reallaşdırılmasının qiymətləndirilməsi adlandırmaq olar. "Ölkə seçəicilərinin 75% - dən çoxunun bu prosesdə iştirak etməsi buna parlaq nümunədir", - deyə o əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]