...

Tbilisidə prezident Şevarnadzenin keçmiş müşavirinin məhkəməsi başlayır

Siyasət Materials 17 Oktyabr 2008 12:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Tbilisi şəhər məhkəməsi cümə günü Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadzenin iqtisadi məsələlər üzrə müşaviri Temur Basiliyaya qarşı qaldırılan işin müzakirəsinə başlayacaq.

Şəhər məhkəməsindən verilən məlumata görə, məhkmə işi müttəhim olmadan nəzərdən keçiriləcək. Belə ki, o, ölkəni tərk edib və onun haqqında beynəlxalq axtarış elan olunub.

Basiliya rüşvət almaqda və xidməti vəzifəsində sui-istifadə etməkdə ittiham olunur.

Prezidentin keçmiş müşavirinin müdafiəçisi vəkil Şalva Şavqulidze məhkəmənin ədalətli olacağına ümid edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti