...

Bakı Slavyan Universitetinin tələbəsinə qarşı quldurluq edənlər tutulublar

Siyasət Materials 17 Oktyabr 2008 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Xətai rayonunun ərazisində Bakı Slavyan Universitetinin tələbəsinə qarşı quldurluq edən şəxslər polislər tərəfindən yaxalanıblar.

Xətai rayon Polis İdarəsindən (RPİ) cümə günü Trend - a verilən məlumata görə, Bakı Slavyan Universitetinin 2 - ci kurs tələbəsi, Bakı sakini Şəadət Rafiq oğlu Rzayev oktyabrın 15 - də saat 21:30 radələrində Süleyman Əhmədov küçəsidə iki nəfər naməlum şəxsin bıçaqla ona hədə - qorxu gəlib, 300 manat pulunu, üzərindəki qızıl - zinət əşyalarını, tələbə biletini və mobil telefonunu almaları ilə bağlı polisə müraciət edib.

Rayon Polis İdarəsindən bildiriblər ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat - axtarıəş tədbirləri nəticəsində, Rzayevə qarşı quldurluq etməkdə təqsirli bilinən Bakı sakinləri, 15 yaşlı Elmir Tofiq oğlu Hüseynov və 17 yaşlı Qədir Əli oğlu Qədirov bu gün tutularaq istintaqa təhvil veriliblər.

Faktla bağlı Xətai RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin quldurluq (181- ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti