...

ABŞ Gürcüstanda ikinci demokratiya dalğasının effektivliyinə inanır

Siyasət Materials 21 Oktyabr 2008 04:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi 21 oktyabr / Trend müxbir N.Kirtsxalia/ Gürcüstanda cərəyan edən demokratik proseslərin qiymətləndirilməsi, prezident Mixail Saakaşvilinin başladığı ikinci demokratiya dalğasının effektivliyindən asılıdır. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Deniel Frid Gürcüstanda keçirdiyi yekun mətbuat konfransında bildirib.

Deniel Frid vurğulayıb ki, demokratiyanın gücləndirilməsi üçün Gürcüstanda çox işlər görmək lazımdı.

Amerika rəsmisi müstəqil məhkəmə, media və güclü müxalifətin demokratiyanın inkişafında əsas institutlar olduğunu xatırladaraq deyib ki, "Burada əsas rolu cəmiyyət oynayır və bunu cəmiyyət təmin etməlidi. Gürcüstan demokratiyasının inkişafı dövləti möhkəmləndirəcək".

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti