...

Rusiya, Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ problemini müzakirə edəcəklər

Siyasət Materials 21 Oktyabr 2008 14:57 (UTC +04:00)
Rusiya, Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ problemini müzakirə edəcəklər

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan prezidentlərinin Rusiyada görüşü baş tuta bilər. Dövlət başçıları bu görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəklər, RF prezidenti Dmitri Medvedyev Yerevanda bəyan edib, İTAR-TASS xəbər verir.
  
"Yaxın vaxtlarda üç prezidentin görüşü təşkil olunmalıdır. Bu görüş Rusiyada keçiriləcək", - Rusiya dövlətinin başçısı bildirib.

Əvvəllər Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, onun ölkəsi Dağlıq Qarabağ üzrə "ATƏT-in Minsk Qrupunda Rusiyanın vasitəçilik missiyasını müsbət qiymətləndirir". Digər həmsədrlər - Fransa və ABŞ ilə yanaşı, Rusiya "Qarabağ münaqişəsinin nizamlanması prosesinə yardım edir". "Ermənistan bir daha Madrid prinsipləri əsasında həllin axtarışına hazır olduğunu təsdiqləyib", - Sarkisyan Medvedyevlə danışıqlar başa çatdıqdan sonra bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti