...

Astanada Qazaxıstan xalqları Assambleyasının XIV sessiyası keçirilib

Siyasət Materials 23 Oktyabr 2008 23:35 (UTC +04:00)

Qazaxıstan, Almatı, 23 oktyabr / Trend müxbir R.Məşədihəsənli/  Astana şəhərində, Sülh və həmrəylik sarayında, "Ölkənin gücü xalqın birliyindədir" mövzusunda Qazaxıstan xalqları Assambleyasının (QXA) XIV sessiyası keçirilib. Bu barədə   Trend -un müxbirinə Qazaxıstan azərbaycanlıları Assosiasiyasının başçısı Əbülfəz Xamedov bildirib.

A.Xamedovun sözlərinə görə, çoxmillətli xalqın nümayəndələri hər il keçirilən foruma böyük həvəslə hazırlaşıblar.

Qeyd edək ki, Qazaxıstan prezidenti, həmçinin QXA-nın sədri Nursultan Nazarbayev ötən bazar ertəsi "Qazaxıstan xalqının Assambleyası haqqında" Qanunu təsdiq edib. Bu qanun layihəsində QXA-nın statusu və formalaşdırılması qaydalarını əks olunub.

Assambleyanın XIV sessiyasında QXA-nı Məclisdə təmsil edəcək deputat da seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti