...

Azərbaycanda vətəndaşlardan dələduzluqla xeyli miqdarda pul alan şəxs Rusiyada tutulub

Siyasət Materials 25 Oktyabr 2008 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr / Trend , müxbir S. Kazımlı / Azərbaycanda dələduzluq yolu ilə vətəndaşlardan xeyli miqdarda pul alıb mənimsəyən şəxs Rusiyada tutulub.

Səbail rayon Polis İdarəsindən şənbə günü Trend -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində barəsində Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarış elan olunan 30 yaşlı İmaməliyev Turan Cabbar oğlu Rusiya Federasiyasının Moskva şəhərində cümə günü tutulub.

Rayon Polis İdarəsindən bildiriblər ki, İmaməliyev dələduzluq yolu ilə müxtəlif vətəndaşlardan ümumilikdə 25 min dollar alıb, mənimsədiyi üçün onun barəsində ötən ilin noyabr ayında axtarış elan olunub.

Hazırda İmaməliyevin Azərbaycana gətirilməsi üçün tədbirlər davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti