...

Belarusda axtarışda olan şəxs Bakıda polislər tərəfindən saxlanılıb

Siyasət Materials 28 Oktyabr 2008 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakıda Belarusda axtarışda olan 35 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Belarus Respublikasının Cinayət Məcəlləsinin avtomobillə az ağır xəsarət yetirmə (317-ci) maddəsi ilə axtarışda olan Məmmədov Akif Hafiz oğlu bazar ertəsi polislər tərəfindən saxlanılıb.

Binəqədi RPİ-dən bildiriblər ki, Məmmədov polislər tərəfindən saxlanıldıqdan sonra Belarus Respublikasına məlumat verilib, müvafiq tədbirlər görülüb və onun sənədləri prokurorluğa təqdim olunub. Məmmədov isə sərbəst buraxılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti