...

Azərbaycan parlamenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 28 Oktyabr 2008 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin bu gün keçirilən iclasında prezident İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

Azərbaycanda prezident seçkisi oktyabrin 15 - də keçirilib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Seçkilərin nəticələrinə əsasən, İlham Əliyev hamıdan çox səs toplayıb - 88.73 faiz.

İqbal Ağazadə - 2, 86 faiz, Fazil Qəzənfəroğlu - 2,47 faiz, Qüdrət Həsənquliyev - 2,28 faiz, Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Fuad Əliyev - 0,78 faiz, Hafiz Hacıyev - 0,65 faiz səs toplayıb.

Təbrik məktubunda Azərbaycan prezidenti İlham Əliyev inamlı qələbə münasibətilə təbrik edilib. "Demokratik və şəffaf keçirilən seçkidə İlham Əliyevin alternativinin olmadığı bir daha sübuta yetirildi", təbrik məktubunda qeyd olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti