...

Moskva şəhərində "Azərbaycan 2008-2013-cü illərdə regional və geosiyasi koordinatlar sistemində" mövzusunda konfrans keçirilib

Siyasət Materials 1 Noyabr 2008 03:05 (UTC +04:00)

Rusiya, Moskva, 1 noyabr / Trend müxbir R.Ağayev/ Moskva şəhərində, cümə günü  Rusiya Dövlət Humanitar Universitetinin Azərbaycanın Rusiyadakı səfirliyi və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin analitik-informasiya mərkəzi ilə birgə təşkil etdiyi "Azərbaycan 2008-2013-cü illərdə regional və geosiyasi koordinatlar sistemində" mövzusunda konfrans keçirilib. 

Konfransın gündəliyində dörd əsas istiqamət nəzərdən keçirilir: Azərbaycanın ümumi iqtisadi və regional inkişafı, regional strateji təhlükəsizlik, münaqişələrin həlli perspektivləri, Azərbaycan sivilizasiyalar qovşağında.

Tədbirdə Rusiyanın aparıcı mütəxəssisləri, politoloqları, tarixçiləri və sisoloqları iştirak edir.

Konfransın əsas məruzəçisi, Azərbaycan Qərb Universitetinin professoru Fikrət Sadıqov çıxışında Rusiyanın Qafqazdakı münaqişələrin həllində rolunu qiymətləndirib. O, əlavə edib ki, Rusiya ilə Türkiyənin strateji münasibətləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində mühüm amil hesab oluna bilər.

Rusiya Elmlər Akademiyasının analitika şöbəsinin baş mütəxəssisi Vladimir Yevseyev bildirib ki, Türkiyənin regionda fəallığının əsası var. Belə ki, Türkiyənin enerji təminatının 75 faizi idxaldan asılıdı. İyirmi ildən sonra isə bu asılılıq 85 faizə çatacaq. Məhz bu, Türkiyənin regiondakı enerji layihələrində iştirakını zəruri edir.

Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə danışan Yevsenyev qeyd edib ki, münaqişənin güc yolu ilə həlli mümkün deyil, lakin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş beş rayonunun qaytarılması vacib məsələdir.

Moskva Dövlət Universitetinin post-sovet məkanında ictima-siyasi proseslərin tədqiqi ilə məşqul olan siyasi proqnozlaşdırma xidmətinin rəhbəri Aleksandr Karavayev MDB-də neft və qaz iqtisadiyyatı üzrə lider olan müasir Azərbaycan iqtisadiyyatının 4 modeli özündə birləşdirdiyini nəzərə çatdırıb. Bunlar miqrasiya, sənaye, resurs və servis iqtisadi inkişaf modelləridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti