...

İran parlamenti DİN rəhbərini vəzifəsindən uzaqlaşdırdı

Siyasət Materials 4 Noyabr 2008 14:38 (UTC +04:00)

İran, Tehran, 04 noyabr / Trend , müxbir A.Namdari / İran daxili İşlər naziri Əvəzəli Kordan parlamentdə səs çoxluğu ilə vəzifəsindən uzaqlaşdırılıb. İran Ali Şura Məclisinin nümayəndələri Kordanın əleyhinə 188, lehinə 45 və 14 bitərəf səs olmaqla onu vəzifədən uzaqlaşdırıblar.

Kordan daxili işlər naziri vəzifəsinə namizəd kimi parlamentə təqdim olunduqdan sonra, parlament nümayəndələrindən bəziləri onun fəxri doktorluq diplomunun saxta olduğunu bildiriblər. Parlamentin 28 nümayəndəsi Kordanın hesabata çağırılması üçün imza toplayıb.

İran prezidenti Mahmud Əhmədinejad noyabrın 2-də Kordanın hesabat üçün parlamentə çağırılmasını mənfi hal kimi qiymətləndirərək, bildirib ki, daxili işlər nazirinin hesabatında iştirak etməyəcək. O, Kordanın hesabata çağırılmasını qanunsuz adlandırıb.

Kordan 4 ay öncə daxili işlər naziri vəzifəsinə təqdim olunub. Kordandan öncə İranın dövlət nəzarət təşkilatının sədri Mustafa Purməhəmmədi daxili işlər naziri olub.

İran prezidenti cari ilin iyul ayında iqtisadiyyat, daxili işlər və nəqliyyat nazirləri vəzifələrinə öz namizədlərinin siyahısını parlamentə təqdim etmişdi. Kordan həmçinin İran Ali İslam Şurası Məclisinin sədri Əli Laricaniyə yaxın şəxs kimi də tanınır. O, indiyədək İranın neft nazirinin müavini, İran Dövlət Televiziyasında texniki şöbənin sədri və həmçinin Dövlət Televiziyasının İran parlamentindəki maliyyə nümayəndəsi vəzifələrində çalışıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti