İran, Tehran, 10 noyabr / Trend müxbir A.Namdari/ İran Milli Təhlükəsizlik Qüvvələri bu ölkənin qərbində sünni alimlərindən olan Mamusta Eyyub Gəncini həbs ediblər. Bu barədə İranın insan haqları fəalları bazar ertəsi məlumat yayıblar.
Gənci oktyabrın 26-da həbs olunub və hazırda Həmədan şəhərinin mərkəzi həbsxanasında saxlanılır.
O, eyni zamanda Sənəndəc şəhərinin Baharan qəsəbəsində Quba məscidinin imam camaatıdır. Gənci bu ilin mart ayında da bir neçə sünni alimlə birlikdə Kürdüstan vilayətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edimişdi.
O, dəfələrlə öz çıxışlarında İran İslam Respublikasının dini və etnik azlıqlara qarşı siyasətini pisləyib.
Gəncinin tərəfdarlarının sözlərinə görə, mart ayında həbs olunduğu zaman Kürdüstan vilayəti təhlükəsizlik qüvvələri ona qarşı işgəncələr tətbiq ediblər. Bu işgəncələr nəticəsində o, yaddaşını itirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]