...

NASA Marsda olan "Feniks" aparatı ilə tam olaraq əlaqəni itirdi

Siyasət Materials 11 Noyabr 2008 07:51 (UTC +04:00)

Amerikanın aerokosmik agentliyi NASA-nın cari ilin may ayında Marsa enən "Feniks" tədqiqat aparatı ilə əlaqə tamamilə itib. Bi-bi-si agentliyinin xəbər verdiyi kimi bu missiya artıq başa çatıb.

NASA mütəxəssisləri noyabrın 2-dən "Feniks" apratından heç bir məlumat almırlar.

Qeyd edək ki, apparatın Marsdakı fəaliyyət müddəti 3 aya hesablanmışdı, lakin qurğu "qırmızı planetdə" 5 aydan çox işləyib.

"Feniksin" missiyasının qısa olmasında səbəb onun Marsın şimal hissəsində işləməsi idi. Belə ki, qış gəldikdə, "Feniksə" enerji verən, Günəşin şuaları bu əraziyə düşmür.

NASA mütəxəssisləri hesab edir ki, "Feniksin" məhvini tezləşdirən onun günəş batareyalarını tamamilə örtən toz fırtınası olub.

NASA-da lahiyənin nümayəndəsi Barri Qoldşteyn bildirib ki, praktik olaraq işlər dayandırılır və yekunlaşır.

Hazırda "Feniksin" çalışdığı müddət ərzində Yerə göndərdiyi külli miqdarda məlumatların tədqiqi aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti