...

İranın əfqan probleminin həllinə cəlb edilməsi ABŞ - ın Tehranla yaxınlaşması üçün bəhanədir

Siyasət Materials 13 Noyabr 2008 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir D.İbrahimova/ İranın Əfqanıstanın problemlərinin həllinə cəlb edilməsi fikri ABŞ-ın İİR-ə qarşı maraqlarına cavab verir, - ekspertlər hesab edirlər.

Barak Obama administrasiyası İranı Əfqanıstanda vəziyyətin sabitləşdirilməsinə cəlb etməy çalışdıqlarını bəyan edib.

İran və ABŞ arasında diplomatik münasibətlər 30 il əvvəl - Amerikanın İrandakı səfirliyində girovların götürülməsindən sonra kəsilib. Buna cavab olaraq. ABŞ prezidenti Cimmi Karter 12170 fərmanını imzalayıb. Fərmanda ABŞ- ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə ilə əlaqədar, fövqəladə vəziyyət elan edilirdi.

"Hesab etmirəm ki, ABŞ Əfqanıstanda problemin həllində prinsipial əhval-ruhiyyədədir. O, daha çox İranın nüvə probleminin həllində maraqlıdır", - İran üzrə amerikalı ekspert, Amerikanın Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Patrik Klauson (Patrick Clawson) Trend -a bildirib.

ABŞ-ın Əfqanıstan ərazisinə hərbi müdaxiləsi 2001-ci ildə başlayıb və taliblər hərəkatının devrilməsi, həmçinin, "Əl - Qaidə" hərəkatının lideri Üsamə bin Ladenin ələ keçirilməsi məqsədini izləyib. Lakin əməliyyat uzanıb və indiyədək kəsilməyib. Obama seçkiqabağı kampaniyasında Əfqanıstandakı vəziyyətin sabitləşdirilməsinin ABŞ- ın hərbi kontintenginin artırılması yolu ilə mümkün olduğunu və hakimiyyətə gəlməsi ilə bu ölkədəki hərbçilərin sayını artıracağını bəyan edib.

Ekspertlər hesab edirlər ki, Obama administrasiyasının İranı Əfqanıstandakı problemlərin həllinə cəlb etməyin zəruriliyi barədə bəyanatı Amerika - İran danışıqları üçün faydalı ola bilər.

"İranla danışıqlara başlamaq üçün, ABŞ çox sayda problemlərin müzakirəsinə hazır olmalıdır. Əfqanıstan isə, ölkələrin ümumi maraqlarının mövcud olduğu problemlərdən biridir", - Klauson telefonla Trend -a bildirib.

Radikal islamçı hərəkat "Taliban" ABŞ və İranın fikirlərinin üst - üstə düşdüyü rəydir. "İran və ABŞ - ın Əfqanıstanda vəziyyətin sabitləşdirilməsində bir  çox ümumi marağı var", - Təhlükəsizlik və Siyasətin İnkişafı İnstitutunun üzvü, dörd il ərzində Avropa Komissiyasının Əfqanıstandakı nümayəndə heyətinin rəhbəri olan Əfqanıstan üzrə avropalı ekspert Karl Xarbo elektron poçtla Trend -a bildirib. Taliblərə qarşı mübarizədən əlavə, İranın ABŞ - la təmas nöqtələrindən biri narkotiklərlə mübarizədir.

Xarbo hesab edir ki, İranın Əfqanıstanla bağlı ABŞ - la danışıqları Obamanın seçkiqabağı kampaniyası zamanı vəd etdiyi dialoqa zəmin yarada bilər.

"Taliban" Əfqanıstanda 1994-cü ildə yaranmış radikal sünnı hərəkatdır. O, əfqan xalqını islamın bayrağı altında birləşməyə və müsəlman dövlətinin yaradılmasına çağırır və  əcnəbi qoşunlardan Əfqanıstan ərazisini tərk etməyi tələb edib. "Taliban" hərəkatının iştirakçıları təxribat fəaliyyəti aparır və tez - tez dinc əhalinin tələfatı ilə nəticələnən terror aktları həyata keçirirlər. İran taliblərə öz düşmənləri və milli təhlükəsizliyinə təhdid kimi baxır.

Hələ 2001-ci ilin 11 sentyabr hadisələrinədək İran "Taliban" hərəkatına qarşı olub və Xarbonun sözlərinə görə, "İran daim beynəlxalq ictimaiyyətin Əfqanıstanda konstruktiv tərəfdaşı olub".

"İrana Əfqanıstanla danışıqlar prosesini fəallaşdırmaq asan olacaq", - Yaxın Şərq və Asiya üzrə iranlı ekspert Həsən Hanizadə (Hasan Hanizadeh) hesab edir.

Bunu onunla izah etmək olar ki, bu ölkələrin ümumi tarixi və sıx əlaqələri var.

Bundan əlavə, İranın nüvə məsələsi hələ də açıqdır. Belə ki, Birləşmiş Ştatlar indiyədək əksini sübut edən dəllilər almasa da, İranın nüvə proqramının müstəsna olaraq dinc xarakter daşımasına inanmır. ABŞ dünya ictimaiyyətini hələ də İrana qarşı daha sərt sanksiyaların qəbulunun zəruriliyinə inandıra bilməyib.

Öz təklifləri ilə ABŞ göstərmək istəyir ki, İranla problemlərin həlli üçün mümkün olan bütün cəhdləri edir, - ekspert Patrik Klauson hesab edir.

"ABŞ İranı danışıqlara cəlb etməyə və iranlı liderlərlə danışıqlar aparmağa tam hazır olduğunu göstərmək istəyir;o, İran nüvə fəallığının inkişafını dayandırmadığı halda, İslam Respublikasına qarşı daha sərt sanksiyaların qəbulunda BMT Təhlükəsizlik Şurasının dəstəyini almaq istəyir", - Klauson bildirib.

ABŞ bilir ki, İranın problemini hərbi yolla həl etmək olmaz və məhz buna görə də sanksiyaların tətbiqinin genişləndirilməsi üçün yeni imkanlar axtarırlar. Bundan əlavə, "ABŞ yaxşı başa düşür ki, İrana hücum və ya onu təhdid edərsə, Əfqanıstanda sülhə nail ola bilməyəcək", - Xarbo hesab edir. Bu İranın Əfqanıstanda çox güclü təsiri ilə izah olunur.

Ekspert Xarbonun rəyinə görə, gələcəkdə ABŞ və İranın Əfqanıstana dair əməkdaşlığı kifayət qədər ağlabatandır. Lakin amerikalı ekspert Klauson belə əməkdaşlığın mümkünlüyünə şübhə edir. Belə ki, başlıca məsələ "xüsusilə də İran hökumətinin ABŞ-ı o qədər də sevməməsi faktını nəzərə alsaq, Tehran hökumətinin Vaşinqtonla əməkdaşlığa hazır olub-olmamasından" ibarətdir.

İranlı ekspert Hanizadə hesab edir ki, Obama öz siyasi xəttini rəsmi şəkildə açıqladıqdan sonra, İran əməkdaşlığa hazır olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti