Gürcüstan, Tbilisi, 14 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamenti cümə günü "Amnistiya haqqında" Qanunu ilk oxunuşda qəbul edib. Qərarın lehinə 88, əleyhinə 1 deputat səs verib.
Amnistiya 2008 - ci il oktyabrın 15 - dək cinayət törətmiş şəxslərə şamil olunacaq. Ümumilikdə Gürcüstan Cinayət Məcəlləsinin 55 maddəsi üzrə mühakımə olunanlar bağışlanacaq.
Noyabrın 23 - də 2 min məhbus həsbxanadan çıxacaq, 5 min nəfərin cəzası yarıyadək azaldılacaq, şərti iş alanların üzərindən mühakimə götürüləcək. Ümumiyyətlə, amnistiya Gürcüstan həbsxanalarında saxlanan 27 800 məhbusdan 12 min nəfərinə aid olacaq.
Qanun layihəsi bütünlükdə gələn həftə qəbul ediləcək.
Gürcüstan parlamenti əlavə olaraq Ədliyyə Nazirliyinə 19 nəfərdən ibarət siyahı təqdim edib. Nazirlik bu siyahıda yer alan məhbusların əfvilə bağlı prezidentə müraciət edəcək. Onların arasında Gürcüstanın prezidentinin Kodor dərəsində keçmiş səlahiyyətli nümayəndəsi, qiyamçı Emzar Kvitsiyaninin bacısı, TV "202" - nin təsisçisi Şalva Ramişvili və başqaları da var.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]